Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AZAL”: «Rəsmi sayt vasitəsilə aviabiletlərin alınması zamanı sərnişinlərdən servis haqqı tutulmur».


"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) rəsmi veb-saytından (www.azal.az) aviabiletlərin əldə edilməsi zamanı, sərnişinlərdən servis yığımı tutulmur. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə "AZAL"-ın sərnişinlərə etdiyi müraciətində bildirilib.

Şirkət sərnişinlərin nəzərinə çatdırır ki, "AZAL" bu ayın 1-dən etibarən beynəlxalq təcrübəyə əsaslanaraq və aviabiletlərin satışı prosedurunu təkmilləşdirmək məqsədilə İstanbul və Ankara istiqamətlərində aviabiletlərin rəsmiləşdirilməsinə görə agentliklərə verilən komisyon mükafatlandırıcı faizləri ləğv edib.

Aviaşirkətin avtorizə olunmuş agentlərinə bu istiqamətlərdə biletlər rəsmiləşdirilərkən ekonom sinfi aviabiletləri üçün 30 manatadək, biznes sinfi aviabiletləri üçün 80 manatadək servis yığımı tətbiq etmək tövsiyə olunub. Aviaşirkətin bir sıra digər uçuş istiqamətləri üzrə bu sxem artıq bir çox aylar ərzində müvəffəqiyyətlə fəaliyyət göstərir.

SEYMUR




08/12/12    Çap et