Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Apple diskriminasiyaya görə məhkəməyə verilib


34 və 25 yaşlı iki qaradərili amerikalı Apple şirkətini diskriminasiyaya görə ittiham edərək məhkəməyə verib. Brayan Conston və Nil Çarlzın sözlərinə görə, onlar keçən ilin dekabrında qulaqcıq almaq üçün korporasiyanın Nyu-York mağazasına daxil olardən mağaza təhlükəsizlik xidmətinin əməkdaşı onlara yaxınlaşaraq,heç nə almağa hazırlaşmırlarsa, salonu tərk etməyi tələb edib.
İddiaçıların sözlərinə görə, onlar heç cavab verməyə macal tapmamış keşikçi bildirib ki, “mən istəmirəm ki, mağazada sizin kimilər gəzsin".
İddiaçıların sözlərinə görə, onları mənəvi alçaldıblar. Buna görə hər iki qaradərili qarşı tərəfdən kompensasiya tələb edir. Lakin kompensasiyanın məbləği açıqlanmır.
 






01/06/11    Çap et