Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İran öz "YouTube"-nu yaradır


İran "YouTube" videohostinqinin oxşarı olan öz versiyasını istifadəyə verib. Qərb regionunun mütəxəssisləri yeni resursun uğursuzluğa düçar olacağından əmindirlər, çünki onda, çox yəqin ki, senzura olacaq və kontent izləniləcək.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, İranın rəsmi televiziyasının verdiyi məlumata əsasən, yeni "Mehr.ir" saytının məqsədi islam mədəniyyətinin və incəsənətinin təbliğidir.

Xatırladaq ki, hazırda İranda "Facebook", "Twitter" və "YouTube" kimi saytlara giriş imkanı bloklanıb, çünki qərb bloqqerləri bu resurslar vasitəsilə İran İslam Respublikasına qarşı "yumşaq inqilab" aparırlar.

EMİL




10/12/12    Çap et