Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” tezliklə nanofoton prosessor istehsalına başlayacaq


"IBM" korporasiyası mikroprosessorun yeni nümunəsinin hazırlanması haqqında bəyan edib. O, verilənlərin ötürülməsində elektrikdən deyil, işıq şüalarından istifadə edir. Şirkətdən verilmiş məlumata əsasən, yeni prosessor gələcəyin internet serverlərindəki iş prosesi üçün nəzərdə tutulub.

"IBM"-in mühəndisləri bildiriblər ki, işıq şüalarının bir sıra üstünlükləri var: birincisi, o, az enerji istifadə edir, ikincisi, çipi qızdırmır, üçüncüsü isə işıq şüası əsasında işləyən çip daha çox informasiya ötürə bilər.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bundan əvvəl müxtəlif ölkələrdə fəaliyyət göstərən bir çox tədqiqat qrupları işıq fotonları əsasında işləyən prosessorlarını təqdim etmişdilər, lakin "IBM" şirkətinin həlli bundan əvvəl nümayiş etdirilmiş nümunələrdən daha ucuz və təcrübi həllə daha yaxındır.

"IBM"-in məlumatına əsasən, verilənlərin ötürülməsində işıqdan istifadənin 2 əsas üstünlüyü var: birincisi, işıq daha uzaq məsafəyə ötürülə bilər, ikincisi, işıq təcrübədə daha sürətli ötürüldüyündən daha çox məlumat göndərmək mümkündür.

EMİL




10/12/12    Çap et