Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sənaye və Energetika Nazirliyi ilk elektron xidmətini ictimaiyyətə təqdim edib


Sənaye və Energetika Nazirliyi ilk elektron xidmətini "Elektron Hökumət" Mərkəzi Portalı vasitəsilə ictimaiyyətə təqdim edib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət "Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətidir.

Fiziki və ya hüquqi şəxslər tələb olunan sənədləri müvafiq formada nazirliyə göndərməklə bu xidmətdən yararlana və tez bir zamanda lazımi nəticəni əldə edə bilərlər.

HƏQİQƏT




10/12/12    Çap et