Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaxın vaxtlarda Azərbaycanda vətəndaşlar internet vasitəsilə şəxsiyyət vəsiqəsi ala biləcək
“Yaxın vaxtlarda Azərbaycanda vətəndaşlara internet vasitəsilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar xüsusi icazə və lisenziyalar almaq və digər imkanları yaradan sistem istismara veriləcək. Bütövlükdə elektron xidmətlərin siyahısı 24 istiqaməti əhatə edəcək”.
Bunu Daxili İşlər Nazirliyinin Baş Təşkilatı - İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev bildirib. Onun sözlərinə görə, bunun nəticəsində yaxın zamanlarda Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini almaq üçün sənədlərini internet vasitəsilə verə biləcəklər.
Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə əhaliyə elektron xidmətlərin göstərilməsi vacib məsələdir. F. Quliyev qeyd edib ki, hazırda vətəndaşlar üçün lazım olan bir çox sənədlərin polis əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərindən operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında verilməsi istiqamətində hazırlıq işləri artıq başa çatıb.
RƏVAN
10/12/12 Çap et