Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Unibank” rabitə işçiləri üçün xüsusi kampaniyaya başlayıb


"Unibank" rabitə işçiləri üçün xüsusi kampaniyaya başlayıb. Aksiyada məqsəd, rabitəçilər üçün daha sərfəli şərtlərlə kredit ayırmaqdır. Kampaniya çərçivəsində rabitəçilər "Unibank"dan daha aşağı faizlə - 2 bənd endirimlə kredit ala bilərlər.

Minimal həcmi 300 AZN (370 USD), maksimal məbləği 5000 AZN (6100 USD) olan krediti almaq üçün rabitə işçisi şəxsiyyət vəsiqəsi və iş yerindən arayış / iş vəsiqəsi təqdim etməlidir. 3000 AZN (3700 USD) həcmində kredit üçün zamin tələb olunmur. 3-24 aylıq kreditlər nağd qaydada verilir. "Unibank"ın əlavə hədiyyəsi də var.

Hər kredit alan rabitə işçisi 60 dəqiqəlik pulsuz mobil danışıq kartı qazanacaq. 20 yaşından yuxarı, kreditin son ödəmə tarixinədək 65 yaşı ötməyən hər kəs bu kreditdən faydalana bilər. Hətta başqa banklara borcu olanlar belə, "Unibank"dan kredit götürə bilələr. Rabitəçilər "Unibank"ın "Unidirect" xidmətindən də istifadə edə bilərlər. "Unidirect" xidmətinin məqsədi müştərilərə banka gəlmədən xidmət təklif etməkdir. Belə ki, müştəri iş yerini və ya yaşayış yerini tərk etmədən istehlak krediti üçün müraciət edərək, krediti öz ünvanında əldə edir.

Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından "Unidirect@unibank.az" ünvanına göndərməlidirlər. Kreditlə bağlı daha ətraflı məlumatı bankın rəsmi səhifəsindən (www.unibank.az), "Facebook" səhifəsindən (www.facebook.com/unibank.az) və (012) 117 nömrəli telefondan öyrənə bilərsiniz.

"Unibank" – hər kəsin bankı!

RƏVAN




10/12/12    Çap et