Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetə çıxış imkanına malik “ağıllı” qurğular bazarının həcmi 27 faiz artıb


 "IDC" analitik şirkətinin hesabatına əsasən, 2012-ci ilin üçüncü rübündə internetə çıxış imkanına malik "ağıllı" qurğular bazarının həcmi 303,6 milyona çatıb.

Ötən illə müqayisədə tədarük həcmi 27,1 faiz artıb. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, analitiklərin proqnozuna görə, 2016-cı ildə bu bazarın həcmi say hesabı ilə 2,1 milyard və pul hesabı ilə isə 796,7 milyard ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, "Samsung", "Apple", "Lenovo", "Hewlett-Packard" və "Sony" şirkətləri ən böyük "ağıllı" qurğu istehsalçılarıdır.

EMİL




10/12/12    Çap et