Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən kiçik tranzistor yaradılıb


Massaçusets Texnologiya İnstitutunda çalışan amerikalı alimlər müasir elektronika qurğularının kiçilmə potensialının hələ tükənmədiyini sübut ediblər. Belə ki, onlar cəmisi 22 nanometr ölçüsündə işlək tranzistor yarada biliblər.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, kiçilmə məhz yeni material (helium natrium arsenidi) əsasında mümkün olub. Buna qədər helium natrium arsenidi tranzistor istehsalında heç vaxt istifadə edilməyib, yalnız fotodatçik, lazer, işıq diodları və s. hazırlanmasında tətbiq edilirdi.

EMİL




11/12/12    Çap et