Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dəmir yolu sərnişinlərinin 30 faizi onlayn bilet satışı sistemindən istifadə edir


Dəmir yolu sərnişinlərinin 30 faizi onlayn bilet satışı sistemindən istifadə edir. Bu barədə açıqlamanı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Qurban Nəzirov verib. Onun sözlərinə görə, ötən il noyabrın 21-dən etibarən ölkə daxilində və respublikanın hüdudlarından kənara hərəkət edən sərnişin qatarlarına biletlərin internet şəbəkəsi vasitəsilə, onlayn rejimində satışına başlanılıb.

Artıq bu il martın 1-dən Bakı sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə, bilet kassalarında quraşdırılmış POS-terminallar vasitəsilə nağdsız ödənişi tətbiq olunub.

Sədr müavini demişdir ki, hər bir internet istifadəçisi QSC-nin internet saytının “Onlayn bilet satışı” bölməsinə daxil olmaqla bilet əldə edə bilər. Saytda yükdaşımaların tarifləri barəsində dəqiq məlumatlar da öz əksini tapmışdır. Dəmir yolu istifadəçiləri sayt vasitəsilə istədikləri vaqonu sifariş etmək imkanına malikdirlər.

RƏVAN




11/12/12    Çap et