Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” Finlandiyada tədqiqat mərkəzi açacaq


"Huawei" şirkəti Finlandiyanın Helsinki şəhərində tədqiqat və hazırlamalar mərkəzi açmaq qərarı verib. Mərkəzin inkişafına 70 milyon dollar həcmində sərmayə yatırılacaq. Mərkəz ilk vaxtlarda "Android" və "Windows Phone 8" platformaları üçün proqram təminatının yaradılmasına köklənəcək.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, şirkətin Finlandiyada yerləşən mərkəzində əvvəlcə 30 nəfər çalışacaq. 5 il ərzində onların sayı 100-dək artırılacaq. "Strategy Analytics"dən verilən məlumata əsasən, "Huawei" şirkəti "Nokia"nın düşdüyü ağır vəziyyətdən yararlanmaq niyyətindədir.

Belə ki, orda çalışan yüksəkixtisaslı mütəxəssisləri ələ keçirmək istəyir.

EMİL




11/12/12    Çap et