Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ipoteka proseslərinin elektron formada aparılması planlaşdırılır


Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin tətbiq etdiyi elektron xidmətlər sayəsində hər bir vətəndaş daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün ərazi qeydiyyat idarələrinə internet vasitəsi ilə onlayn müraciət edə bilər.

Hazırda məhdudiyyət haqqında arayışların verilməsi və təkrar bazardan qayıdan əmlakların qeydiyyatı ilə bağlı müraciətlər elektron qaydada qəbul olunur. Gələcəkdə isə ipotekanın qeydiyyatı, ləğvi, hüquqların tanınması kimi proseslərin də elektron formada aparılması nəzərdə tutulub.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir. Qeyd edək ki, elektron xidmətlərin tətbiqi əmlak bazarının şəffaflığının daha da yüksəlməsinə, əmlak bazarı iştirakçılarının etibarlılığının artmasına, vətəndaşların əmlaklarını daha rahat və operativ şəkildə, əlavə vaxt itkisinə yol vermədən dövlət qeydiyyatında keçirmələrinə imkan yaradır.

CAHANGİR




11/12/12    Çap et