Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xalq kompüteri” layihəsi ilə kompüter alanların sayı 20 minə çatdı


Azərbaycanda həyata keçirilən “Xalq kompüteri” layihəsi çərçivəsində ilin əvvəlindən vətəndaşlara güzəştli şərtlərlə 3 min 845 kompüter və noutbuk satılıb.

Layihənin icrasına başlanıldığı 2009-cu ilin aprelindən ölkə vətəndaşları tərəfindən 19 min 800 fərdi kompüter və noutbuk alınıb. Hazırkı mərhələdə güzəştli şərtlər əsasında kompüter və noutbukları orta məktəb müəllimləri və şagirdləri, ali məktəb müəllimləri və tələbələri ala bilərlər.

Gələcəkdə səhiyyə işçiləri və dövlət qulluqçuları da kompüterləri kreditlə əldə edə biləcəklər. Hazırda layihə Bakı şəhərində və regionlarda geniş vüsət alıb. “Xalq kompüteri” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, “HP”, “Microsoft” və “Bestcomp Group” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

Layihədə həmçinin “Azercell” və “Azerfon” mobil rabitə operatorları iştirak edir. Kompüterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu “Azərpoçt” MMC tərəfindən həyata keçirilir.

RƏVAN




12/12/12    Çap et