Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
12.12.12 tarixinin internetlə nə əlaqəsi var?!
Münəccim Cessika Adams hesab edir ki, 2012-ci il 12 dekabr tarixində internetin sonu gələcək. Onun fikrincə, bu gün dünya Merkuri və Neptun planetlərinin dağıdıcı təsirinə məruz qalacaq, mənfi təsir kompüter şəbəkələrində də özünü göstərəcək.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, Cessika Adams bu gün məlumatlara ehtiyatla yanaşmağı, onların ehtiyat surətlərini hazırlamağı tövsiyə edir, çünki enerji ilə dolu olan bu gündə gözlənilməz hadisələr baş verə bilər".
EMİL
12/12/12 Çap et