Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” rəhbəri Britaniyanın ən nüfuzlu şəxsidir


“The Guardian” qəzetinin versiyasına görə, “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq Böyük Britaniyanın media sənayesinin yüz ən nüfuzlu şəxslərinin reytinqində birinci yeri tutub. Xatırladaq ki, hələ ötən il M. Sukerberq sözügedən siyahıda yalnız 7-ci yerdə idi.
Sosial və internet media şəbəkələrinin son illər populyarlığının artması “Twitter” mikrobloqlar servisinin baş direktoru Cek Dorsinin də reytinqdə ilk dəfə, lakin buna baxmayaraq dərhal ikinci yerdə təmsil olunmasına imkan yaradıb.
İlk üçlüyü ötən ilin ikincisi “Google” internet şirkətinin baş direktoru Larri Peyc tamamlayır. Bundan əvvəlki siyahıda ikinci pilləni L. Peyclə bölüşdürən “Google”-un həmtəsisçisi Sergey Brin bu il ümumiyyətlə, reytinqə düşə bilməyib. Buna baxmayaraq ilk dəfə olaraq burada internet -şirkətin mobil texnologiyalar üzrə vitse-prezidenti və “Android” platformasının baş tərtibatçısı Endi Rubinin adına rast gəlmək olar (44-cü yer).
“The Guardian” qəzetinin hazırladığı siyahının beşinci pilləsində ötənilki lider ”Apple” şirkətinin rəhbəri Stiv Cobs yer alıb. «Səhhəti ilə bağlı məzuniyyətdə olduğuna görə media fəallığının azalmasına baxmayaraq, “Apple”-ın təsisçisi “iPad 2” və “iCloud” kimi məhsulların buraxılması haqqında mühüm elanları özü edir», - deyə “The Guardian”-da qeyd ediblər.
Ənənəvi KİV-ləri reytinqin ilk onluğunda BBC teleradio korporasiyasının baş direktoru Mark Topson (4-cü yer), “News Corp.” korporasiyasının rəhbəri Rupert Merdok (6-cı yer) və “Daily Mail” qəzetinin redaktoru Pol Dakr (7-ci yer) təmsil edir.


mincom.gov.az




26/07/11    Çap et