Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nizami Gəncəviyə aid “Xəmsə”nin elektron nüsxələrinin toplanması məsələsi müzakirə olunub


Dünyada ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının Konqres Kitabxanasında Ümumdünya Kitab Sammiti keçirilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib.

Akademiyadan bildirilib ki, iki gün davam edən sammitdə Konqres Kitabxanasının direktoru James Billington, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Oksford Universitet Kitabxanası, Britaniya Mərkəzi Kitabxanası, Rusiya, Fransa, İspaniya, Peru, Sinqapur və ümumilikdə 100-dən çox kitabxana direktoru iştirak edib. Bir sıra beynəlxalq əməkdaşlıq müqavilələri imzalanmış sammitdə dünya kitabxanalarında saxlanılan Nizami Gəncəvi "Xəmsə"sinin elektron nüsxələrinin toplanması da müzakirə olunub.

Məlumat üçün bildirək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dekabrın 3-dən başlayaraq Qarabağ Fondu ilə birgə Amerikada "Nizami Gəncəvi - 870" orijinal əlyazma və illüstrasiyalar sərgisini reallaşdırır.

HƏQİQƏT




13/12/12    Çap et