Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Google"da Uitni Hyuston “ilin adamı” seçilib (VİDEO)


2012-ci ildə "Google" axtarış sistemi 1,2 trilyon sorğu emal edib. Bu barədə cari ilin nəticələrinə həsr edilmiş "Google Zeitgeist" səhifəsində məlumat verilib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, geridə qoyduğumuz ildə fevralın 12-də dünyasını dəyişmiş müğənni Uitni Hyuston ən populyar sorğuların siyahısında birinci olub.

2012-ci ilin əsas mövzuları siyahısına, həmçinin "Gangnam style", "Sendi" qasırğası, "iPad 3" planşeti və "Diablo 3" oyunu düşüb. "iPad 3" sorğusu "Məişət elektronikası" kateqoriyasında birinci olub.

Qeyd edək ki, "iPhone 5" sorğusu ilk onluqda yer almayıb.

EMİL




13/12/12    Çap et