Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə trafikin təhlili standartı qəbul edilib


Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən konfransda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) qəbul etdiyi sənəd internetdəki məzmun üzərində nəzarətin gücləndirilməsi ilə nəticələnə və azad informasiyanın yayımlanmasını çətinləşdirə bilər.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, söhbət kompüter şəbəkələri üzrə verilənlər paketlərinin təhlili üçün nəzərdə tutulmuş "Deep Packet Inspection" (DPI) texnologiyasının təsdiqlənməsindən gedir.

Bu sistem virusları aşkar etməyə və bloklamağa, təyin edilmiş meyarlara uyğun gəlməyən informasiyanı filtrasiya etməyə imkan verir. "DPI" texnologiyası vasitəsilə, həmçinin hər bir istifadəçi barəsində ətraflı statistika toplamaq mümkündür. BTİ-nin qəbul etdiyi Y.2770 sənədinin tərkibi məxfi saxlanılır. Almaniya onun qəbul edilməsinə qarşı çıxış edərək bildirib ki, "DPI" standartlaşdırması internetdə senzuranın gücləndirilməsi ilə nəticələnəcək.

Belə ki, "DIP" vasitəsilə müəyyən resursların işini zəiflətmək, bu və ya digər tipli məzmuna giriş imkanını bloklamaq, trafiki ələ keçirmək və sairə mümkündür. Ekspertlər qeyd edirlər ki, sənədin qəbul edilməsi nəticəsində bir sıra mühüm məsələlər açıq qalır. Məsələn, sənəddə istifadəçilərin fərdi informasiyasının mühafizəsi nəzərdə tutulmayıb.

EMİL




13/12/12    Çap et