Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda İKT xidmətlərinin həcmi 17 faiz artıb
Azərbaycanda yanvar-noyabr aylarında təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 16,8 faiz artaraq 1,3 milyard manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. İnformasiya və rabitə xidmətləri həcminin 72,1 faizi əhaliyə göstərilən xidmətlərin payına düşür. Bununla yanaşı, əldə olunan gəlirin 59,7 faizi mobil rabitənin payına düşüb ki, bu da 2011-ci ilin analoji dövr göstərici ilə müqayisədə 13,5 faiz çoxdur.
Bu dövrdə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin ümumi həcmi 764,9 milyon manat təşkil edib.
14/12/12 Çap et