Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla” mobil əməliyyat sistemi hazırlayacaq


“Mozilla Foundation” qeyri-kommersiya təşkilatı mobil qurğular üçün əməliyyat sistemi istifadəyə verməyi planlaşdırır. Bu barədə “Mozilla” yaradıcılar forumunda təşkilatın əməkdaşı Andreas Qala bildirib.
Layihə "Boot to Gecko" (B2G) adını alıb. Gələcək əməliyyat sisteminin əsasını “Gecko” mühərriki təşkil edəcək. “Boot to Gecko”da üstünlüyün “HTML5” tətbiqi ilə yazılmış veb-proqramlara veriləcəyi güman edilir. Əməliyyat sisteminin çıxış müddəti bildirilmir, lakin onun ilk versiyasının 1-2 ildən sonra çıxacağı güman edilir. Əməliyyat sistemi smartfon və planşetlər üçün nəzərdə tutulub.


lenta.ru




26/07/11    Çap et