Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Connect” TV xidməti ilə bağlı kampaniyaya başlayır
"Connect" şirkəti "Yeni il" kampaniyasına start verir. "ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, kampaniyanın şərtlərinə əsasən, "Connect" TV-yə yeni qoşulan bütün abonentlər 1-ci ayın xidmət haqqını ödəyərək 2-ci ay xidmətdən ödənişsiz istifadə edə biləcəklər.
Həmçinin, TV xidmətinin 75 kanal paketinə qoşulmuş abonentlər 2 aylıq xidmət haqqını ödəməklə 1-ci ay 118 kanala, 118 kanal paketinin istifadəçiləri isə sözügedən xidmət haqqını ödəyərək 1-ci ay 159 kanala baxa bilərlər.
Bundan əlavə, 159 kanal paketinə qoşulmuş abonentlər 2 aylıq xidmət haqqı ödənişini etməklə əlavə 10 gün pulsuz istifadə imkanı əldə edirlər. Cari il, dekabr ayının 15-də başlayacaq kampaniya bir ay davam edəcək.
CAHANGİR
14/12/12 Çap et