Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Tesla Motors” Avropa bazarını fəth etmək istəyir


Amerikalı milyarder Elon Maska məxsus olan “Tesla Motors” şirkəti öz elektriklə işləyən avtomobillərinin satış coğrafiyasını genişləndirmək niyyətindədir. “Tesla” şirkətindən verilən məlumata əsasən, onlar tezliklə Avropada elektrik avtomobillərin xidmət və satışı mərkəzini açmaq istəyirlər.

Mərkəz Hollandiyanın Tilburq şəhərində yerləşəcək. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Tesla” şirkəti Avropada açılacaq mərkəz vasitəsilə elektrik avtomobillərini ABŞ-dan Avropaya idxal edəcək.

Mərkəzin 2013-cü ilin martında işə başlayacağı gözlənilir və orada ilk əvvəl yalnız “Model S” elektrik avtomobilinin sınaq partiyaları quraşdırılacaq. Mərkəzin ümumi sahəsi 18900 kv metr təşkil edəcək.

EMİL




14/12/12    Çap et