Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BƏƏ və Azərbaycan arasında texniki əməkdaşlıq üzrə iclas keçiriləcək
Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın IV iclası keçiriləcək.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, iclas bu ayın 19-da BƏƏ-nin Dubay şəhərində baş tutacaq. İqtisadi İnkişaf Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, iclasda Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın III iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Sultan bin Səid əl Mənsuridir.
SEYMUR
14/12/12 Çap et