Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ştrixkodun ixtiraçısı dünyasını dəyişib


ABŞ-da dekabrın 9-da ştrixkodun yaradıcılarından biri Jozef Vudlend 91 yaşında dünyasını dəyişib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Vudlend Nyu-Cersi ştatında doğulub və boya-başa çatıb.

O, İkinci Dünya müharibəsi illərində nüvə silahının hazırlanması üçün nəzərdə tutulmuş "Manhetten" layihəsində iştirak edib və 1940-cı illərin ortalarında Filadelfiya ştatında yerləşən Dreksel Universitetində təhsil alıb. Vudlend ştrixkodu digər aspirant Bernard Silverlə birgə düşünüb. Vudlend birinci ştrixkodu Florida çimərliyindəki qum üzərində çəkib.

Vudlend və Silver 1949-cu ildə ixtiralarına görə patent ərizəsi təqdim etmiş və 1952-ci ildə patent alıblar. Sonralar patenti "Philco" şirkətinə satıblar. "Philco" şirkəti isə onu "RCA"-ya satıb. Patentin istifadə müddəti 1960-cı illərdə bitib. Ştrixkod 1974-cü ildən etibarən hər yerdə istifadə olunmağa başladı. Ştrixkodla satılan birinci məhsul "Wrigley's" saqqızı olub.

Bernard Silver 1963-cü ildə dünyasını dəyişib. Vudlend 36 il müddətində "IBM" şirkətində işlədikdən sonra 1987-ci ildə oranı tərk etdi. 1992-ci ildə Vudlend ştrixkodu ixtira etdiyinə görə "Texnologiya və İnnovasiya üzrə Milli Medal"a layiq görülüb. 2011-ci ildə isə Vudlend və Silverin adları ixtiraçıların şöhrət zalına daxil edilib.

EMİL




14/12/12    Çap et