Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fevralda “Sabahın alimləri” II Respublika müsabiqəsi keçiriləcək


2013-cü ilin 8-9 fevral tarixlərində Bakı şəhərində “İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində” “Sabahın alimləri” II Respublika müsabiqəsi keçiriləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə – “İntel İSEF”-ə göndərilməsini təmin etmək məqsədi ilə təşkil olunur.

Qeyd edək ki, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək müsabiqə iştirakçılarına bir sıra ali məktəblər tərəfindən elmi dəstək veriləcək, şagirdlərə həmin təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə etmək imkanı yaradılacaq.

HƏQİQƏT




15/12/12    Çap et