Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər elastik günəş lifi yaradıblar
Pensilvaniya ştatında yerləşən universitetdə çalışan tədqiqatçılar qrupunun silisium əsasında yaratdıqları elastik liflər fotoelektrik xüsusiyyətlərinə malikdir. Liflərin qalınlığı insan saçından daha nazikdir. Onlardan günəş batareyaları kimi işləyəcək parça hazırlamaq mümkündür. Belə liflərdən, məsələn, yığcam elektronikanı enerji ilə doldura biləcək geyim tikmək mümkün olacaq.
"ICTnews.az" elektron xəbər xidməti "zhelezyaka.com" saytına istinadən bildirir ki, hazırda mütəxəssislər təxminən 1 metr uzunluğunda lif əldə edə biliblər, lakin alimlərin hazırladığı texnologiya 10 metrdən də çox uzunluqda lif hazırlamağa imkan verir.
Belə liflərdən toxunmuş günəş batareyası elastik olacaq və günəş işığının hansı tərəfdən düşməsindən asılı olmayacaq.
EMİL
17/12/12 Çap et