Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT mütəxəssisləri məlumatlarını "bulud" sistemlərinə etibar etmir


"Lieberman Software" şirkətinin məlumatına görə, "bulud" xidmətlərini hazırlayan və dəstəkləyən İT mütəxəssisləri onlara etibar etmir. 2012-ci ilin noyabrında şirkətin "Cloud Security Alliance" (CSA) konqresinin iştirakçıları arasında keçirdiyi sorğuya əsasən, "bulud" sistemində saxlanılan məlumatlar itirilə, zədələnə və ya kənar şəxslər onları ələ keçirə bilər.

 "ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, "bulud" sistemləri istehsalçılarının 51 faizi fərdi məlumatlarını "bulud" anbarında saxlamır, çünki ona etibar etmirlər. Mütəxəssislərin 86 faizi isə korporativ məlumatları "bulud" anbarlarında saxlamağa etibar etmir.

Tədqiqatla bağlı fikirlərini bildirən "Lieberman Software" şirkətinin prezidenti və baş direktoru Filip Liberman qeyd edib ki, bir çox təşkilatlar "bulud" sistemlərini tətbiq etməklə mühüm üstünlüklər əldə ediblər, lakin təhlükəsizliklə bağlı problemlər hələ ki qalmaqdadır.

EMİL




17/12/12    Çap et