Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” beynəlxalq SMS-lər üçün yeni qiymət tətbiq edəcək


"Bakcell" mobil operatoru beynəlxalq SMS-lər üçün yeni tarifin tətbiqinə başlayır. "ICTnews" elektron xəbər xidmətinin şirkətin rəsmi saytına istinadən verdiyi məlumata görə, "CINeration", "ƏlaCIN" "DogmaCIN", "QoşaCIN", "SevimliCIN", "SevinCIN" və "KLASS 7" tarif paketlərində xarici nömrələrə göndərilən SMS üçün yeni qiymət 0.06 AZN (ƏDV daxil olmaqla) təşkil edəcək.

Qeyd edək ki, sözügedən tarifin tətbiqinə cari il, 21 dekabr tarixindən başlanılacaq.

CAHANGİR




17/12/12    Çap et