Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Öz-özünə açılan yeni təhlükəsizlik kəməri
"Fijen TMLS" şirkətində çalışan hollandiyalı mütəxəssislərin avtomobillər üçün hazırladıqları xüsusi təhlükəsizlik kəmərinin dili maşın suya düşdükdə avtomatik açılır. Beləliklə, avtomobil suya düşdükdə sürücü və sərnişinlər onun içərisindən tez çıxa bilər.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, yeni kəmərin qiyməti 40 dollar təşkil edir. Onun konstruksiyasında datçik istifadə edilməyib. Statistikaya əsasən, hər il dünyada bir neçə min insan avtomobilin suya düşməsi nəticəsində dünyasını dəyişir.
Dünyasını dəyişənlərin əksəriyyəti isə təhlükəsizlik kəmərini vaxtında aça bilməyənlərdir.
EMİL
17/12/12 Çap et