Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Videooyunlara asılılıq çinlinin sonuna çıxdı


Çinin hakimiyyət orqanları videooyunlara asılılıqdan əziyyət çəkən 22 yaşlı oğlanı həbs edib. Doğma kəndini tərk edən gənc insan iş tapmasa da, sevimli məşğuliyyətindən əl çəkə bilməyib. Nəticədə o, öz ehtiyaclarının təmin olunmasından ötrü lazımi vəsaiti toplamaq üçün məzarlıqda xəzinə axtarmaqla məşğul olub.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, polisin məlumatına görə, Syao Hay təxminən ay ərzində məzarları açaraq zinət əşyalarını, həm də müəyyən dəyərə malik olan istənilən əşyanı toplayıb. 22 yaşlı çinliyə qarşı iş açılıb.

EMİL




18/12/12    Çap et