Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

35 dollarlıq kompüter üçün tətbiq mağazası açılıb


"ARM" arxitekturasında hazırlanmış 35 dollarlıq "Raspberry Pi" kompüteri üçün onlayn tətbiq mağazası açılıb. Bu barədə qurğunun istehsalçısının saytında məlumat verilib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, mağaza "Pi Store" adlandırılıb. Hazırda mağazada 25 proqram mövcuddur. Proqramlar 5 kateqoriya üzrə yerləşdirilib.

İstənilən tərtibatçı proqramını mağazaya göndərə bilər. Qeyd edək ki, "Raspberry Pi" kredit kartı ölçüsündə lövhədən ibarətdir. Kompüterin korpusu mövcud deyil. "Raspberry Pi"-nin A və B modelləri mövcuddur və onların qiyməti müvafiq olaraq 25 və 35 ABŞ dolları təşkil edir. Modellər əməli yaddaş həcmi və mövcud konnektorların sayı ilə fərqlənir. "Raspberry Pi" kompüterində quraşdırılmış prosessorun takt tezliyi 700 meqahers təşkil edir.

EMİL




18/12/12    Çap et