Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” ayrılmış sevgilisindən qisas almaq istəyənlərə imkan verməyəcək
"Facebook" sosial şəbəkəsi yaxın vaxtlarda yazışma, həmçinin foto və videoçarxların məxfiliyini təmin edən "Snapchat" xidmətinin analoqu olan tətbiq istifadəyə verə bilər. "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, bəzən qızlar sevdiyi oğlana erotik fotolarını göndərirlər.
Lakin münasibətlərə son verildikdə sevdiyi oğlanın qisas çıxmaq üçün fotoları internetdə paylaşdığı haqqında xəbər tuturlar. "Snapchat" vasitəsilə foto və ya video göndərən şəxs faylına baxış müddəti təyin edə bilər. Həmin müddət bitdikdən sonra foto və ya videoçarx silinəcək. Əgər faylı qəbul edən şəxs onun ekran görüntüsünü çəkmək istəsə, proqram bu barədə faylı göndərən şəxsə xəbərdarlıq edəcək.
Əlbəttə ki, təhlükəsizliyə 100 faiz zəmanət vermək olmaz. Belə ki, telefonun ekranını digər qurğu vasitəsilə də çəkmək olar. Lakin fotoya baxış üçün 10 saniyə vaxt ayrılıb, həm də bu, sadəcə, əksər istifadəçilərin ağlına gəlmir.
EMİL
18/12/12 Çap et