Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hollivud hakeri” 10 il müddətinə azadlıqdan məhrum edilib
Los-Anceles Federal Məhkəməsi 50-dən çox Hollivud ulduzunun elektron poçt qutularını "sındırmaqla" məşhurlaşmış 35 yaşlı Kristofer Çeyni 10 il müddətinə azadlıqdan məhrum edib. Zərərçəkmişlər arasında Skarlett Yohanson, Rene Olstid, Mila Kunis və Kristina Aqilera var.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Çeyni ulduzların erotik fotolarının bəzilərini internetdə paylaşıb. Maraqlıdır ki, Kristofer Çeyni peşəkar haker deyil. O, ulduzların elektron poçt ünvanlarını internetdən taparaq sadəcə "məxfi sual"a cavab vermiş və poçta giriş imkanı əldə edib.
EMİL
18/12/12 Çap et