Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Alo, Poçt!”
"Azərpoçt" MMC poçt rabitəsinə dair bütün məlumatların öyrənilməsi üçün 012-169 saylı "Alo, Poçt!" xidmətini bir qədər də genişləndirib. Müəssisədən verilən məlumata görə, yeni xidmətlərin yaradılması iş həcminin artması ilə əlaqədar xidmətə müraciət edənlərin sayında artım olub.
Poçt rabitəsi sahəsində xidmət keyfiyyətinin öyrənilməsi məqsədilə monitorinqlərə də başlanılıb. Aparılan monitorinqlər zamanı xidmət çeşidlərinin keyfiyyəti, vətəndaşların tələbatı da nəzərə alınır. "Poçt işçilərinin xidmət mədəniyyətinin artırılması, yeni xidmətlərin göstərilməsi məqsədilə daim seminar-məşğələlər keçirilir ki, bu gün bu, öz effektini verir. Bundan başqa şəhərin mərkəzi ilə ətraf qəsəbə və kəndlərin iş həcmində fərqlərin olduğunu nəzərə alsaq, burada da müxtəliflik nəzərə alınmalıdır"- məlumatda bildirilir.
Hazırda xidmət keyfiyyətinin öyrənilməsi məqsədilə regionlarda da bu istiqamətdə işlər aparılır.
RƏVAN
18/12/12 Çap et