Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstriyanın nüfuzlu jurnalı Azərbaycana həsr olunmuş xüsusi buraxılışı dərc edib


Avstriyanın ən nüfuzlu nəşrlərindən biri sayılan "Cercle Diplomatique et Economique İnternational" jurnalının yaxın günlərdə işıq üzü görmüş buraxılışı Azərbaycana və ölkəmizin Avstriya ilə diplomatik münasibətlərinin qurulmasının 20-ci ildönümünə həsr olunub.

Sözügedən jurnalda Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlər, ölkəmizin iqtisadi inkişafı, xarici siyasətinin prioritetləri, yeni neft-qaz strategiyası, enerji sahəsində əldə olunmuş nailiyyətlər, turizm imkanları haqqında məlumat və müsahibələr yer alıb.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər aparıcı dövlət qurumları rəhbərləri ilə müsahibələrdə ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar öz əksini tapıb.

SEYMUR




18/12/12    Çap et