Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Elektron xidmət növlərinin siyahısı"na dəyişiklik edildi


Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin siyahısı"nda dəyişiklik edilməsi barədə NK qərar qəbul edib. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə qurumun mətbuat xidmətindən məlumat verilib.

Qərarda bildirilir ki, "Elektron xidmət növlərinin siyahısı"nın 23.8-ci bəndində "ərazi vahidlərinin və" sözləri "ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə" sözləri ilə əvəz edilsin.

SEYMUR




18/12/12    Çap et