Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Almaniya “Facebook”dan narazıdır
Almaniyanın Məlumatların Mühafizəsi üzrə Agentliyinin "Facebook"la bağlı çıxardığı qərara əsasən, sosial şəbəkə iştirakçıları ləqəb əvəzinə həqiqi adlarından istifadəyə məcbur etməyi dayandırmalıdır. Agentlikdən verilən məlumata əsasən, qanun istifadəçilərin onlaynda ləqəb seçmək hüququnu "tanıyır".
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, qurumdan verilən məlumata əsasən, onlar "Facebook"a göndərdikləri məktubda sosial şəbəkəni hazırkı siyasətini dəyişdirməyə və istifadəçilərə ləqəblərdən istifadə imkanını tanımağa çağırıb.
"Facebook" şirkətinin Almaniya bazarında yerli qanunları pozması və informasiyanın mühafizəsi üzrə Avropa tələblərinə cavab verməməsi tamamilə yolverilməzdir" – qurumdan bildirilib.
EMİL
19/12/12 Çap et