Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AzScienceNet” şəbəkəsinin infrastrukturu genişləndirilir
AMEA İnformasiya Texnologiyaları İnstitutunda "AzScienceNet" Elm Kompüter Şəbəkəsinin (EKŞ) infrastrukturunun genişləndirilməsi istiqamətində işlər aparılır. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov "AzScienceNet" EKŞ-nin mövcud vəziyyəti, istismarı və texniki imkanlarının inkişaf etdirilməsi işlərindən danışıb.
"AzScienceNet"-in idarəetmə sisteminin təkmilləşdirilməsi, infrastrukturunun genişləndirilməsi və AMEA-nın institut və təşkilatlarında yeni xidmət sahələrinin yaradılması istiqamətində məqsədyönlü işlərin aparıldığını bildirib. R.Ələkbərov AMEA-nın elmi işçilərinin fəaliyyətinin yüksək səviyyədə, beynəlxalq tələblər əsasında qurulması məqsədlərinə xidmət edən Verilənlərin Emalı Mərkəzinin (Data Center) mövcud vəziyyəti və texniki imkanlarının inkişaf etdirilməsi işlərindən də danışıb.
"AzScienceNet" şəbəkəsində istifadəçilərə yaddaş və hesablama resurslarının verilməsi məsələlərinə toxunub, həmçinin "Eduroam", "Cloud computing", "Grid" və "content-providing" kimi xidmətlərinin təşkilinə dair kompleks işlərin həyata keçirilməsi məsələlərindən söhbət açıb.
HƏQİQƏT
19/12/12 Çap et