Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada qənaətcil duş ixtira edilib


Yaponiyanın “TOTO” şirkətinin 2013-cü ilin fevralında satışa çıxaracağı yeni “Air-In Shower” duşu xüsusi konstruksiyaya malik başlıqdan istifadə edilməsi sayəsində 35 faizədək suya qənaət etməyə imkan verəcək. Həm də duş qəbul edən insan su çatışmazlığı hiss etməyəcək.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, duşdan tökülən suyu hava vasitəsilə hopduran xüsusi mexanizm suya qənaət edilməsinə imkan yaradır. Şlanqa və qoşma/söndürmə düyməsinə malik “Air-In Shower” duşu satışa 170 dollar qiymətinə çıxarılacaq.

EMİL




19/12/12    Çap et