Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Britaniyalı tələbə karton dəbilqə hazırlayıb (VİDEO)
London Kral Kollecinin tələbəsi Anirudx Surabxi karton velosiped dəbilqəsi yaradıb. Bu dəbilqə başı plastikdən hazırlanmış dəbilqədən daha yaxşı qoruyur. “ICTnews.az” elektron xəbər xidməti “http://hitech.newsru.com” saytına istinadən bildirir ki, ixtiraçı dəbilqəni “Kranium” adlandırıb və o, 2010-cu ildə yaradılıb.
Lakin “Abus” şirkəti yalnız hazırda bu qabaqcıl ixtiraya diqqət yönəldib və 2013-cü ilin yazında “Kranium”un kütləvi istehsalına başlamağı planlaşdırır. Çin, Böyük Britaniya və Almaniyada keçirilmiş sınaqların nəticəsinə əsasən, karton dəbilqə plastiklə müqayisədə 3 dəfə daha çox enerji sərf edir, lakin o, 15 faiz daha yüngüldür və qiyməti də ucuzdur.
“Kranium”, hətta çoxqat zərbələrə qarşı davamlıdır, şəffaf örtük kartonu yalnız xarici mühitin təsirindən qorumur, həm də daxili karton torunun bütövlüyünü qiymətləndirməyə imkan verir. Plastik dəbilqədə isə görünməyən çat onun qoruyucu xüsusiyyətlərini aşağı sala bilər, həm də istifadəçi bundan xəbər tutmaya bilər. Tələbəni yeni tip qoruyucu dəbilqə yaratmaq fikrinə bədbəxt hadisə sürükləyib.
Belə ki, o, velosipeddən yıxıldıqda xəsarət almış və bir neçə vaxt xəstəxanada olmuşdu. Nəticədə Anirudxa kartondan yeni, daha təhlükəsiz velosiped dəbilqəsi hazırladı.EMİL