Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” “Apple”-a qarşı Avropada qaldırdığı iddiaları geri götürdü


Koreyanın "Samsung" şirkəti "Apple" şirkətinə qarşı dostluq əli uzadaraq bildirib ki, bundan sonra Avropada "iPhone" və "iPad" qurğularının istehsalçısını onun "SEP" (standards essential patent) patentlərindən qanunsuz istifadəyə görə ittiham etməyəcək. "Samsung"un bəyanatına əsasən, bu qərar istifadəçilərin marağı naminə qəbul edilib.

Şirkət hələlik Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Hollandiyada yerləşən məhkəmələrdə qaldırdığı iddiaları geri çağırmağa hazırdır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, müstəqil analitiklərin müşahidəsinə əsasən, "Samsung" bir güllə ilə iki dovşanı birdən vurmaq istəyir, çünki hazırda Avropa Komissiyası Koreya şirkəti barəsində araşdırma aparır: "Samsung" "SEP" patentlərdən sui-istifadədə ittiham edilir.

EMİL




19/12/12    Çap et