Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dell” “Credant Technologies” şirkətini satın alır


Kompüter istehsalçısı “Dell” “Credant Technologies” şirkətini satın almaq üçün saziş bağladığını elan edib. “Dell” şirkəti bu satın alma vasitəsilə korporativ məlumatların və şəbəkələrin mühafizəsi üçün məhsul xəttini genişləndirmiş olacaq.

Şirkətdən verilmiş məlumata əsasən, bağlanmış saziş “Dell”-in server və “bulud” həllər sahəsi üzrə məhsul portfoliosunun gücləndirilməsində istifadə ediləcək. “Credant” şirkəti məlumatları şifrələləyən məhsullar üzrə ixtisaslaşıb. Sazişin maliyyə şərtləri açıqlanmayıb.

EMİL




19/12/12    Çap et