Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”un oğurlanmış smartfon və planşetlərini tapmaq mümkün olacaq


Cənubi Koreya elektron nəhəngi “Samsung” şirkəti itirilmiş və ya oğurlanmış smartfon və planşetləri məsafədən idarə etmək üçün GPS axtarış xidmətini istifadəyə verib. O, bununla da mobil qurğu bazarında rəqibi olan “Apple” şirkətinin daha bir uğurlu ideyasını təkrarlayıb.
“SamsungDive” xidməti qurğuların telefon nömrəsi və məhsulun eyniləşdirmə (identifikasiya) kodundan istifadə edərək onları məsafədən idarə etməyə icazə verir. İmkanlar arasında: cihazların GPS yerinin təyini, PİN kodla girişə blok qoyulması, bütün informasiyanın məhv edilməsi.
“SamsungDive” SİM kart əvəz edildikdə xəbərdarlıq göndərə bilir. “SamsungDive” pulsuz xidməti hələ ki Böyük Britaniya və Almaniyada mümkündür, lakin tezliklə digər ölkələr də istifadə edə biləcəklər. Bu xidməti “Galaxy S” və “Galaxy S II Android” telefonları, “Bada” platformasında “Wave” nəsil kommunikatorları, həmçinin “Galaxy Tab 10.1” və “8.9 Android” planşetləri dəstəkləyir. Məlumat üçün bildirək ki, keçən il Kanada şirkəti olan “Research İn Motion” (RİM) “BlackBerry OS 6” ilə işləyən smartfonları üçün analoji xidməti istifadəyə verib.


hitech.newsru.com




27/07/11    Çap et