Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Tegra 4” mobil çipi haqqında təfərrüatlar məlum olub


"NVIDIA"-nın növbəti nəsil mobil prosessoru haqqında təfərrüatlar məlum olub. "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Tegra 4" mobil çipi rəqabətədavamlı olmaq üçün 28 nanometr texnoloji proses üzrə hazırlanacaq.

Kod adı "Wayne" olacaq və o, güclü "ARM" arxitekturasında hazırlanmış "Cortex-A15"-ə əsaslanacaq. "NVIDIA" şirkəti yeni prosessorunda "Tegra 3"-də olduğu kimi "4-PLUS-1" texnologiyasını tətbiq edəcək. "Wayne", həmçinin 5-ci nüvəyə malik olacaq. O, enerjiyə qənaət etmək üçün daha aşağı tezlikdə işləyir. Yeni çipset 2013-cü ilin əvvəlində təqdim edilə bilər.

EMİL




20/12/12    Çap et