Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Baidu”nun ikinci rübdə gəliri 95% artıb


“Baidu” Çin şirkəti cari ilin ikinci rübünün maliyyə hesabatını dərc edib. Bir il ərzində şirkətin xalis gəliri 95% artıb və 1,63 milyard yuan (252,6 milyon dollar) təşkil edib. Bu göstərici analitiklərin proqnozlarını ötüb. Hesabatın nəşrindən sonra “Baidu” aksiyaları 8,9% bahalaşıb və “Nasdaq” birjasında 156,54 dollar qiymətə çatıb. Şirkət nümayəndələrinin sözlərinə görə, ikinci rübdə onlar Çin axtarış bazarında öz payını artırmağı bacarıblar. Beləliklə, onların bazarda payı 75,9% təşkil edir.


internet.cnews.ru




27/07/11    Çap et