Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformatika üzrə yeni tipli test tapşırıqları müzakirə edilib
2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar informatika üzrə elmi-metodik seminarın növbəti iclası keçirilib. Seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər.
"ICTnews" elektron xəbər xidmətinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, seminarda iştirakçılar tərəfindən təqdim edilən yeni tipli test tapşırıqlarının müzakirəsi aparılıb. Bununla yanaşı, açıq tipli test tapşırığı nümunələri iştirakçılara təqdim edilib.
Mütəxəssislər test tapşırıqlarının tərtibi zamanı bu nümunələrdən istifadə olunması ətrafında fikir mübadiləsi aparıblar.
CAHANGİR
20/12/12 Çap et