Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsveçrəli mühəndislər insanabənzər robot üzərində çalışır



 İsveçrənin Sürix Universiteti yanında süni intellektin araşdırılması laboratoriyasından verilmiş məlumata əsasən, onlar "Roboy" adlı insanabənzər robot üzərində çalışır: yenilik təxminən 9 aydan sonra başa çatdırılmalıdır. Layihə müəllifləri vurğulayıblar ki, "Roboy"-un vəzifəsi gündəlik məsələlərin yerinə yetirilməsində insanlara yardımçı olmaqdır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Roboy" sisteminin özəlliyi onun hərəkət sistemindədir. Məsələ ondadır ki, "Roboy" sisteminin idarə sistemi insanın əl-ayaq sisteminə oxşar yaradılıb: robot mexanikləşdirilmiş vətərlər hesabına idarə olunduğundan onlara xas kəskin qırıq-qırıq hərəkətlərdən uzaqdır.

İstehsalçıların sözlərinə görə, robot gələcəkdə insana daha çox bənzədilmək üçün süni elastik dəri ilə örtülə bilər. "Roboy" konstruksiyasında, həmçinin "Ecce" görmə sistemindən istifadə olunur. Onun sayəsində robot obyektlərə qədər məsafəni müstəqil qiymətləndirə bilir və məkan üzrə daha yaxşı istiqamətlənir. 

Emil Hüseynov




20/12/12    Çap et