Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaxın illərdə İT sahəsində baş verəcək sıçrayışlar biznes modelini dəyişdirəcək
"Gartner" analitiklərinin proqnozuna əsasən, yaxın illərdə İT sahəsində baş verəcək bir sıra sıçrayışlar həyatın bir çox sahələrində öz əksini tapacaq və biznesin idarə edilməsi modelini dəyişdirəcək. "ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, 2016-cı ilədək iki yeni şirkət avtonom idarəetmə imkanına malik avtomobil istehsalı üzrə konkret planları barəsində elan edəcək.
Həmçinin kibercinayətkarlar tibbi datçiklərin "sındırılması" prosesinə yiyələnəcək, təhsil müəssisələri isə irihəcmli verilənlərin təhlilinə əsaslanan yeni tədris planlarının tətbiqinə start verəcək. "Biz 2013-2015-ci illər ərzində bir çox sahələrdə baş verəcək dəyişikliklərin şahidi olacağıq. Bu dəyişikliklər biznes-proseslərdə mühüm dəyişikliklərlə nəticələnəcək" – "Gartner"in vitse-prezidenti və nüfuzlu analitiki Kimberli Harris-Ferrante bildirib.
"Analitik əlavə edərək bildirib ki, bu dəyişikliklərdə sosial texnologiyalar, mobil kommunikasiyalar, "bulud" hesablamaları və informasiya mühüm rol oynayacaq. Onlar biznesin mövcud idarə edilməsi modelini dəyişdirəcək, yeni perspektivlər açacaq, həm də hələ məlum olmayan problemlər yaradacaq".
Emil Hüseynov
20/12/12 Çap et