Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dropbox”un planları böyükdür


"Dropbox" "bulud" startaplarını satın almağa davam edir: "Audiogalaxy" musiqi xidmətinin ardınca "Snapjoy" foto xidmətini satın alıb. "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Dropbox" fayl mübadiləsi kimi "Snapjoy" xidməti də "Y Combinator"-un əlinin altından çıxıb.

Startapın əsasını Cey Pi Ren və Maykl Dvon adlı fotoqraflar qoyub. Xidmət vasitəsilə fotolarınızı (kamera, smartfon, fərdi kompüter, Flickr, Picasa, Facebook, Twitter və ya Instagram) "bulud"a yükləyə və daha sonra istənilən qurğudan onlara baxa bilərsiniz. "Dropbox"un təsisçiləri ilə görüşdükdən sonra ümumi məqsədimiz olduğunu başa düşdük.

Biz qüvvələrimizi birləşdirməklə onların platformasının texnologiyasını və miqyasını yeni səviyyəyə qaldıra biləcəyik" – "Snapjoy" xidmətinin bloqunda qeyd edilib. Sazişin maliyyə şərtləri açıqlanmayıb.

Emil Hüseynov




20/12/12    Çap et