Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ümumtəhsil məktəblərinə beş yüz noutbuk


2011-2012-ci tədris ilində ümumtəhsil məktəblərinə 500 noutbuk verilməsi nəzərdə tutulub. Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən bildiriblər ki, bu tədbir 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.




27/07/11    Çap et